Bakıda bu marketə gələnlər yol kəsir - Keçilməz küçəyə niyə nəzarət olunmur? - VİDEO

Bakının Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi keçilməz küçəyə çevrilib. Küçənin hər tərəfində xaos hökm sürür. Ən dəhşətli mənzərə isə "Grantmart"ın və bir qədər geridə yerləşən klinikanın qarşısında yaşanır. Avtosfer.az xəbər verir ki, hər gün həmin ərazilərdə intizamsız sürücülər maşınları ikinci-üçüncü cərgədə saxlayaraq yolu kəsirlər. Nəticədə küçədə nəqliyyatın hərəkəti iflic olur. Grantmartın qarşısındakı "parkovşik"lər isə vəziyyəti daha da ağırlaşdırır. Onlar bəzən sürücülərə harda gəldi maşın saxlamaga imkan yaradırlar. Bəzi məsuliyyətsiz sürücülər isə qaydaları bir kənara qoyub "parkovşik"lərin sözünə inanırlar. Nəticədə ara-sıra cərimə olunurlar. Bu gün ikinci və üçüncə cərgədə maşın saxlayanlara Avtosfer.az-ın rəhbəri Elməddin Muradlı irad bilidirib.
İkinci cərgədə dayanaraq yolu kəsən 10 MK 006 dövlət nömrə nişanlı "Toyota Land Gruiser" markalı avtomobilin sürücüsü etiraf edib ki, "parkovşik"in sözünə inanıb maşını belə saxlayıb. "Parkovşik-in ağlı kəsmir, bəs sənə nə olub" sualına isə "əşşi sür get" deyə cavab verib.
Görünür, belə məsuliyyətsiz sürücülərlə hələ uzun illər təbliğat aparmalı olacağıq. Amma dəhşətlisi odur ki, milyonlar xərcləyib market açan "Grantmart" rəhbərliyi parkinqi unudub. Adam həm pul qazanır, həm də müştərilərə, eləcə də oradan keçənlərə zülm edir. Belə olanda DYP və BNA hara baxır?
Özbəkistanda yeni seriya nömrə - ANT - VİDEO
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO










