Banner

Bakıda buzlu yolda baş verən qəzaların anbaan görüntüləri yayıldı - VİDEO

Avtosfer TV 25 Fevral 2025 11:36 Oxunub 5362
Bakıda buzlu yolda baş verən qəzaların anbaan görüntüləri yayıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gün axşam saatlarında bəzi yolların buz bağlaması yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsi, Milli Gimnastika Arenasının qarşısı, körpüdən “Koroğlu” m/st istiqamətində hərəkət edən yük avtomobili yolun buzlu olması səbəbindən sürüşüb və sürücü qəzadan son anda xilas ola bilib.

Bununla yanaşı, digər bir yol-nəqliyyat hadisəsi isə Sabunçu rayonu, Aeroport şosesi, Hava limanı istiqamətində qeydə alınıb:

"Burada da minik avtomobillərindən birinin yolda sürüşməsi qəzanın baş verməsinə səbəb olub və yolda sıxlıq yaranıb".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh