Yasamalda cəngəlliyi xatırladan yol – Burada nə sürücü qayda-qanun sayır, nə də piyada - VİDEO

Avtosfer TV 15 Dekabr 2023 19:11 Oxunub 5048
Yasamalda cəngəlliyi xatırladan yol  – Burada nə sürücü qayda-qanun sayır, nə də piyada - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının bir çox küçələri sanki cəngəllik qanunları ilə idarə olunur. Belə küçələrdə adətən sürücülər və piyadalar bir-birinə qarışır, heç kim bir-birini anlamır, hərə öz bildiyini edir. Eynən Avtosfer.az-ın təqdim etdiyi videoda olduğu kimi. Görüntülər Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində çəkilib. Axşam saatlarında bu küçədə yaranan tıxacın səbəbi aydındır. İkinci və üçüncü cərgədə dayanan maşınlar, yolu haradan və necə gəldi keçən piyadalar.

Ardınca avtobus dayanacağını zəbt edən maşınlar və taksilərə görə ikinci və üçüncü cərgədə dayanan avtobusları da qeyd etmək lazımdır.
Hər halda, bizim təqdim etdiyimiz bu videoda mövcud vəziyyət və onun necə həll edilə biləcəyi aydındır. Ümid edirik ki, əlaqədar qurumlar hərəkətə keçib ciddi və davamlı addımlar atacaq. İki saatlıq reydlər heç bir nəticə vermir.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh