Bakıda dayanacaqda ürəkağrıdan mənzərə: zir-zibil, antisanitariya, sidik qoxusu - VİDEO
Avtosfer TV
3 Noyabr 2023 12:23
Oxunub 1150
Paytaxtın Puşkin küçəsindəki dayanacaqda antisanitariya hökm sürür. Avtosfer.az xəbər verir ki, bu barədə vətəndaşlardan biri video çəkərək saytın "qaynar xətt"inə göndərib. Belə ki, dayanacaq yeni quraşdırılan modeldir. Amma içəridə su qabları, plastik stəkanlar, siqaret kötükləri var. Hətta vətəndaşın iddiasına görə, oradan sidik qoxusu da gəlir.
İçəridə müşahidə kamerası işarəsi olsa da, hələ ki, quraşdırılmayıb.
Ehtimal olunur ki, burada küçə həyatı keçirən insanlar gecələr qalır. Həmçinin dayanacağı bu vəziyyətə qoyanlar isə yəqin ki, mədəniyyətdən xəbərsizdir.
Videonu təqdim edirik.
Ümid edirik ki, bu barədə müvafiq qurumlar tədbir görəcək.
Leyla
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR