Bakıda dəfələrlə qayda pozub ölümə gedən motosiklet sürücüsü belə saxlanıldı - FOTO

Bakıda özbaşınalıq edən motosiklet sürücüsü saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, sürücülük hüququ, eləcə də motosikletin dövlət qeydiyyat nişanı olmadan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və bu hərəkətlərini sosial şəbəkələrdə paylaşan 23 yaşlı Dağıstan Respublikası doğumlu İdris Sultanov Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun müxtəlif zamanlarda 10-a yaxın nəqliyyat vasitələrinə qəsdən zərər yetirərək hadisə yerindən yayındığı da məlum olub. Həmin şəxs barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, idarə etdiyi motosiklet isə cərimə meydançasına yerləşdirilib.
Unutmayaq ki, yol hərəkəti qaydalarına riayət olunması hər bir sürücünün hüquqi məsuliyyəti və vətəndaşlıq borcudur. Yol hərəkəti qaydalarını pozaraq cəmiyyətin təhlükəsizliyini təhdid edən şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq sərt tədbirlər bundan sonra da qətiyyətlə tətbiq ediləcək.
Mənbə: Baku.ws
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO












