Bakıda dəhşət – "Mercedes" ər-arvadı və uşağı belə vurdu – REAL VİDEO - 16+

Bakıda yayda baş vermiş dəhşətli yol qəzasının videosu sosial şəbəkələrdə yayılıb. Avtosfer.az xəbər verir ki, qəza yolayrıcında baş verib. "Qazel" markalı avtomobil sola dönərkən düzünə hərəkət edən "Mercedes" onunla toqquşur. Sonra isə idarəetməni itirərək piyada keçidi ilə yolu keçməyə hazırlaşan ailəni vurur. Ər-arvad və uşaq arabasındakı körpəni vuran avtomobil svetoforu da aşırır. Maşın o qədər sürətlə hərəkət edir ki, yolayrıcında dayanan yol polisi əməkdaşını da vura bilərdi. Polis qəzadan bir anda xilas olur.
Səkiyə dəyəndən sonra maşının ön tərəfi qalxır və qadını vuraraq svetofora çırpır. Əsas zərbə elə qadına dəyir. Kişi və arabadakı uşaq yüngül xəsarət alır. "Mercedes" isə səkidən asılı vəziyyətdə qalır. Yol polisləri dərhal hadisə yerinə qaçaraq yaralılara kömək etməyə çalışırlar.
Videodan belə anlaşılır ki, "Qazel" dönmə əməliyyatı zamanı dönmə işıqlarından istifadə etmir. "Mercedes" isə yüksək sürətlə hərəkət etdiyi üçün dayana bilmir və belə bir dəhşətli qəza baş verir.
Həmin görüntüləri təqdim edirik:
Elmin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












