Bakıda dəhşətli qəza: "Toyota" yük maşına çırpıldı - REAL VİDEO
Avtosfer TV
8 İyun 2020 14:41
Oxunub 9716
"Toyota" yararsız hala düşür və sürücü ağır yaralanır
Bakıda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə Zığ şosesində baş verib. Yük maşını yüksək sürətlə hava limanı istiqamətində hərəkət edir. Yolun ayırıcı hissəsində dönmə qadağan olsa da son anda sola manevr edərək arxadan gelen "Toyota" markalı avtomobil ona çırpılır.
Dönmənin qadağan olduğu yerdən manevri ikinci zolaqdan aparan yük maşınının sürücüsü qaydaları pozur.
Eyni zamanda "Toyota"mın sürücüsünün də diqqətinin kənarda olduğu hiss olunur.
Sanki yük maşınını son anda görür. Hadisə nəticəsində "Toyota" yararsız hala düşür və sürücü ağır yaralanır.
Videonu təqdim edirik:
Orxan
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR