Bakıda dəmir yolunda selfi macərası: Qatarı qıza görə saxladı - VİDEO

Bakıda qatar yolu əksər hallarda ora qəsdən və ya təsadüfən çıxanlar üçün son məkana dönür. Lakin bu dəfə qatarın maşinisti həmin stereotipi darmadağın edib və gözəlliyin hətta 100 tonlarla dəmirə qalib gəldiyini göstərib. Avtosfer.az xəbər verir ki, bu gün Sabunçu rayonu ərazisindən keçən dəmir yolu xəttində gənc qızın hərəkətini criminal.az-ın kamerasına düşüb. Bakıxanov qəsəbəsində cavan qız dəmir yolu reysinin yaxınlığında oturur. Qatar gələn zaman isə reysin üzərində çıxaraq selfie çəkməyə başlayır. Qatar onun bir neçə metrliyinə kimi yaxınlaşıb siqnal versə də, qız buna əhəmiyyət verməyərək selfi çəkməkdə davam edir. Sonra isə reysdən çıxaraq kənarda oturur. Bu zaman maşinist deyəsən lokomotivi ''VAZ-2107'' ilə səhv salmışdı. Qatarı saxlayır və başını elektrovozun pəncərəsindən çıxardaraq qızla söhbət etməyə başlayır. Qız isə başını aşağı salaraq ona əhəmiyyət vermir. Bir neçə saniyəlik söhbətdən sonra qatar yoluna davam edir. Məsafə uzaq olduğundan maşinistin qızı lokomotivə dəvət etməsi və ya tənbeh etməsi başa düşülmür.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












