Bakıda “drift” edən avtobus sürücüsü - Şirkətdən AÇIQLAMA - VİDEO
Yanvarın 13-də hava şəraiti və yollardakı mövcud vəziyyətlə bağlı “Xaliq Faiqoğlu” şirkəti tərəfindən şirkətə məxsus avtobus parklarında sürücülərin təlimatlandırılması tədbirləri həyata keçirilib.
Keçirilən təlimdən sonra qaraj (daxili) sürücülərindən biri marşrut avtobusu sürücülərinə nümayiş etdirilən manevr qaydalarını daha sərt formada həyata keçirərək lentə alıb və sosial şəbəkələrdə paylaşıb.
Baş vermiş hadisə tərəfimizdən araşdırılıb və vəzifə öhdəliklərini pozan əməkdaş məsuliyyətə cəlb edilib.
***
Bakıda sərnişin avtobusunun “drift” etməsi gündəm olub.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdə “ISUZU” markalı sərnişin avtobusunun sürücünün dayanacaqda təhlükəli manevrlar etdiyi an əks olunub.
Həmin görüntüləri təqdim edirik: