Bakıda "Gelandewagen"li iş adamının küçə "razborka"sı - "Ağzından atarlar" – VİDEO
Bakıda iş adamı, sabiq bələdiyyə sədrinin müavini Ramin Babayevin gecə vaxtı ''razborka''sı görüntülənib. Hadisə şahidi iddia edir ki, R.Babayev idarə etdiyi 90 RB 009 dövlət nömrə nişanlı, "Gelandewagen-Mercedes" markalı avtomobillə "VAZ-2107" markalı avtomobilin sürücüsünün qarşısını kəsib və onu ölümlə hədələyib. Avtosfer.az xəbər verir ki, bu barədə Criminal.az-a göndərilən videodakı hadisənin bir neçə gün əvvəl Nizami rayonu, Qara Qarayev prospektində baş verdiyi iddia olunur. R.Babayev "8-ci kilometr" bazarı yaxınlığında prospektdə "Gelandewagen"lə hərəkətdə olarkən "VAZ-2107" markalı avtomobillə bir-birinə yol verməmək üstündə münaqişə yaranıb. Əsəbiləşən iş adamı metronun "Neftçilər" stansiyasının yaxınlığındakı "Dakar" meydanında öz avtomobili ilə "VAZ-2107"-nin qarşısını kəsib. Avtomobildən düşən R.Babayev "Sən bilirsən mən kiməm? Bu hərəkətinin üstündə adamı ağzından atarlar", - deyərək sürücünün üstünə hücum edib. Hadisə şahidləri R.Babayevi sakitləşdirib avtomobilinə tərəf aparsalar da, o, "VAZ-210"-nin sürücüsünü başqa yerə apararaq məsələni "çürütmək" istəyir. R.Babayevin metronun “Neftçilər” stansiyası yaxınlığındakı “Ledi Şarm” və “X-lady”, "X-man" geyim mağazalarının, eyni zamanda ''Dostluq'' kafesinin sahibi olduğu deyilir. R.Babayev "PSS-Mühafizə" şirkətinə də rəhbərlik edir. Bundan başqa, R.Babayevin adı mətbuatda "ağacların qənimi" kimi hallandırılıb. Mətbuatda yazılıb ki, icra başçısının himayəsi altında yaşıllıqlara qənim kəsilən R.Babayev bir gecənin içərisində sözügedən ticarət obyektlərinin yaxınlığındakı ağacları dibindən kəsdirib.
Məlumatda bildirilir ki, R.Babayev ekoloji cinayətini icra başçısı Arif Qasımova güvənərək həyata keçirib. Çünki A.Qasımov Nizami rayonunda tikinti işlərini və başqa qeyri-rəsmi “layihə”lərini R.Babayevə həvalə edib.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO















