Bakıda karantin qaydalarını pozaraq polisdən qaçan sürücü belə tutuldu - VİDEO

Bu gün Bakıda 99 PD 218 dövlət nömrə nişanlı avtomobil ilə sərt karantin rejiminin qaydalarını pozaraq şəhərdə hərəkət edən, eyni zamanda müxtəlif avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 10-cu tağımının əməkdaşlarının saxla əmrinə tabe olmayan sürücü qaçmağa cəhd göstərib. 10-cu tağımın komandiri, polis kapitanı Dilbazi Nəbiyevin rəhbərliyi ilə keçirilən tədbirlər nəticəsində sürücü saxlanılıb. Məlum ki, 1990-cı il təvəllüdlü Həsənov Mirsadıq Kamran oğlu "Daewoo Centra" markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Saxlanılan zaman sürücünün narkotik vasitələrin təsiri altında olduğu şübhəsi yaranıb. Amma o tibbi müayinədən imtina edib. Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə Mirsadıq Həsənov 1 il sürücülük hüququ məhdudlaşdırılmaqla 30 gün müddətində inzibati qaydada həbs edilib. Görüntüləri təqdim edirik:
Motosikleti bir təkər üzərində sürən şəxsi polis saxlayıb cərimələdi - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO











