Bakıda kişi tanışı ilə əlbir olub mağazadan oğurluq ETDİ - ANBAAN VİDEO
Avtosfer TV
26 Aprel 2022 17:39
Oxunub 2314

Bakıda zoomağazada oğurluq hadisəsi olub.
Oxu.Az-ın məlumatına görə, hadisə Həsən bəy Zərdabi 49 ünvanında baş verib.
Belə ki, zoomağazaya daxil olan şəxs itlər üçün satılan ağızlıq, boyunluq və digər aksesuarlardan götürüb. Oğurluq edən şəxsin tanışı isə satıcının başını qatmaq və müşahidə aparmaqla məşğul olub.
İddiaya görə, mağazaya ümumilikdə 150 manatlıq ziyan dəyib. Oğurluq edən şəxsin tapılması üçün polis sahə inspektoruna məlumat verilib.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














