Bakıda körpünün altında parkinq salınıb: Qurumlar isə "səlahiyyətimizdə deyil" deyir - VİDEO

Paytaxtın Nəsimi rayonu 3-cü mikrorayon dairəsində dayanma-durma qaydalarını kütləvi şəkildə pozan sürücülər görüntülənib.
Bununla bağlı izləyici Avtosfer.az-a videomaterial göndərib. Belə ki, sözügedən dairədəki körpünün altı sürücülərin parkinq zonasına çevrilib. Şikayətçi bildirib ki, ərazidə nişan yoxdur və piyadalar keçiddən yolun digər tərəfinə keçərkən çətinlik çəkirlər. Görüntüdən də aydın olduğu kimi, hətta əraziyə şlaqbaum qoyulub.
Məsələylə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, ərazinin təşkil parklanma sahəsi kimi istifadə olunması AYNA-nın səlahiyyətində deyil.
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, ərazidə yanğın su hovuzu və digər yanğınsöndürmə invertarları olmadığı üçün qeyd etdiyiniz məsələ Fövqəladə Hallar Nazirliyinin nəzarət dairəsinə aid deyil.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov sorğumuza cavab olaraq ərazinin icranın səlahiyyətində olmadığını bildirdi.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirildi ki, həmin ərazidə hərəkət hissəsinin təhlükəsizliyinin təmin olunması istiqamətində tərəfimizdən nəzarət profilaktik tədbirlər həyata keçirilir. Vətəndaşların müraciətləri əsasında araşdırma aparılıb məsələyə qiymət veriləcək.
Nərmin
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO
Yoldan çıxıb işıq dirəyinə çırpılan “BMW” iki yerə bölündü; ölən var – FOTO - VİDEO
“Priora” ilə yol polisindən qaçan vəsiqəsiz sürücü “Kamaz”la toqquşdu - FOTO - VİDEO
“Mercedes” havada uçaraq restorana çırpıldı – Sürücünün 80 yaşı var - VİDEO
Qəfil manevr sürücünü sarı torda saxladı – Boş yerə CƏRİMƏLƏNDİ - VİDEO










