Bakıda marşrut sürücüsü belə təhqir olundu - VİDEO
"Bakubus" MMC Bakıda sərnişin avtobusunun sürücüsünün təhqir edilməsi barədə videosujet yayıb. "Bakubus" MMC-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, hadisə fevralın 28-də baş verib. Həmin gün saat 14:08-də 1 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobusun Neftçilər metrostansiyasının dayanacağına daxil olarkən 99- AL-789 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, avtobusun hərəkət zolağında öz avtomobilini saxlayıb, avtobusun dayanacağa daxil olmasına maneə yaradıb və bununla bağlı xəbərdarlıq edən sürücünü nalayiq hərəkətlər və sözlərlə təhqir edib.
“BakuBus” MMC-tərəfindən bəzi avtomobil sürücülərinin avtobuslar dayanacaqlara daxil olarkən və çıxarkən yaratdıqları maneələrlə bağlı mütəmadi şəkildə ictimaiyyətə məlumatlar təqdim olunur. Ancaq sərnişindaşıma fəlaiyyyəti zamanı fərdi avtomobil sürücülərinin qanunsuz parklama, ötüb keçmə və dönmə əməliyyatları zamanı yol verdikləri qayda pozuntuları ictimai nəqliyyat üçün daha böyük təhlükələr və maneələr yaradır.
Videodan aydın görünür ki, avtomobil sürücüsü avtobusun hərəkət zolağında qanunsuz olaraq parklama edib və bu azmış kimi bütün vəhclə öz hərəkətinə haqq qazandırmaqdan, yaşılı avtobus sürücüsünə hədə-qorxu gəlməkdən çəkinmir.
Avtobusda olan onlarla sərnişinin gözü önündə avtobus sürücüsünü təhqir edən ona hədə-qorxu gələrək üzünə tüpürən və beləliklə yaşlı sürücünün şərəf və ləyaqətini alçaltmağa çalışan şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub:
"Hadisəyə hüquqi qiymətin verilməsi və avtobusun normal fəaliyyətinə maneə yaradan, sürücünü təhqir edən şəxsin qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün lazım olan bütün tədbirlər həyata keçiriləcək. Bir daha bu cür şəxsləri öz qanunsuz əməllərindən çəkinməyə və digər sərnişinlərimizi isə baş verən bu kimi hallara qarşı laqeyd qalmamağa çağırırıq".
Namiq
Metroda platformadan platformaya tullanan velosipedçi saxlanıldı – Həbs olunacaq - VİDEO
Yeniyetmə oğlan maşın qaçıraraq qəza törətdi; xəstəxanalıq oldu - VİDEO
Bakıda yeni iritutumlu avtobuslar istifadəyə verilib - VİDEO
Sürücünün gözünə işıq düşdü; svetoforda motosikleti vurdu - VİDEO
Yol polisi skuteri cərimə meydançasına saldı – Sürücüdən ŞOK BƏHANƏ - VİDEO
Bəzi vətəndaşlar dəmiryol relslərini telefonla oynayaraq keçir – Mühafizə rəisi - VİDEO
Qaydaları pozan sürücü avtomobillə kafeyə girdi – 2 nəfər ağır xəsarət aldı - VİDEO
Dəmiryol xətləri ətrafındakı qanunsuz tikililər; mübarizə davam edir – VİDEO
Skuterlə qəzaya düşən 41 yaşlı kişi öldü – Başı asfalta dəyib... - VİDEO
Dəmir yolu keçidlərindən necə istifadə edilməlidir? – İZAH - VİDEO
Xanım sürücü motosikletə yol vermədi; 160-la gedən bayker öldü - FOTO - VİDEO













