Bakıda maşından oğurluq edən şəxs kameraya düşdü - Zərərçəkmiş DİN-dən kömək istəyir - VİDEO

Bakıda avtomobildən edilən oğurluq hadisəsinin görüntüləri nəzarət kamerasına qeyd olunub. Bu barədə zərərçəkmiş sürücü Avtosfer.az-a şikayət ünvanlayıb. Onun sözlərinə görə hadisə noyabrın 16-ı, saat 17:08-də Nizami rayonu, Bəhruz Nuriyev 79 ünvanında baş verib: "Yolun kənarı ilə gedən naməlum şəxs mənə məxsus "Nissan Juke" markalı avtomobilin ön şüşəsini sındıraraq çantamı oğurlayıb. Çantanın içərisində 1 ədəd telefon, İphone markalı telefonun adaptoru, pul kisəsi, şəxsiyyət vəsiqələri, sürücülük vəsiqəsi və bank kartları olub. Çantamda ümumilikdə 1400-1500 manat pul olub".
Zərərçəkmiş şəxs həmin vaxt məsələ ilə bağlı DİN-in "102" qaynar xəttinə müraciət edib. Hadisə yerinə polis əməkdaşları gəlib və ekspertiza üçün avtomobili polis idarəsinə aparıblar. Növbəti gün hadisə yerinə yenidən polis əməkdaşları gələrək kamera görüntülərini götürüblər. Lakin bütün bunlara baxmayaraq hələ də heç bir nəticə yoxdur. Məsələ ilə bağlı polis idarəsinə müraciət edəndə isə "iş üzrə əməliyyat davam edir" cavabını verirlər.
Zərəçəkmiş şəxs Daxili İşlər Nazirliyinin rəhbərliyindən oğurluq edən şəxsin tez bir zamanda tapılmasını və cəzalandırılmasını xahiş edir.
Təbriz
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











