Bakıda məşhur şirkətin "qoçu" mühafizəçiləri: Yumruq atıb söyüş söydü - VİDEO

Avtosfer TV 10 İyul 2023 13:09 Oxunub 2066
Bakıda məşhur şirkətin "qoçu" mühafizəçiləri: Yumruq atıb söyüş söydü  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda motokuryerlərlə nəzarətçilər arasında mübahisə yaranıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Səməd Vurğun küçəsində yerləşən “World Business Centre”-nin qarşısında baş verib. Belə ki, həmin biznez mərkəzinə sifariş gətirən kuryerlər mopedlərini yolun kənarında saxlayan zaman nəzarətçilər orada dayanmağı qadağan ediblər. Bundan sonra mübahisə başlayıb.

Kuryerlər digər avtomobillərin dayandığını bildirsələr də, nəzarətçilər onlara qəti şəkildə orada dayanmağı qadağan ediblər. Daha sonra nəzarətçi nalayiq söyüşlər söyərək kuryerlərdən birini itələyib, digərinə isə yumruq vurub.

Sözügedən videonu təqdim edirik:

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh