Bakıda nişansız yol təmiri qəza ilə nəticələndi - AAYDA şikayətə cavab vermir - VİDEO

Avtosfer TV 24 Aprel 2026 15:30
Bakıda nişansız yol təmiri qəza ilə nəticələndi - AAYDA şikayətə cavab vermir    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Səbail rayonu, 20-ci sahə adlanan ərazidə yol-nəqliyyat hadisəsi baş verib.

Zərərçəkmiş şəxs Avtosfer.az-a müraciət edərək qəzanın başvermə şəraiti ilə bağlı ətraflı məlumat verib.

Hadisə aprelin 24-də saat 23:30 radələrində Badamdar istiqamətində yerləşən avtomobil yolunda qeydə alınıb. Kadrlardan göründüyü kimi, 99-HQ-273 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən nəqliyyat vasitəsi yolun təmir olunan hissəsinə düşüb və nəticədə avtomobilə ciddi maddi ziyan dəyib.

Onun sözlərinə görə, qəzanın baş verməsinə səbəb təmir işlərini həyata keçirən qurum tərəfindən yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl olunmamasıdır. Belə ki, yolun həmin hissəsində əvvəlcədən xəbərdaredici nişanların, gecə görünməsini təmin edən işıqqaytarıcı elementlərin və ya digər təhlükəsizlik vasitələrinin quraşdırılmadığı bildirilir.

Sürücü qeyd edib ki, müəyyən edilmiş 60 km/saat sürət həddi ilə hərəkət etməsinə baxmayaraq, hər hansı xəbərdarlıq olmadığı üçün maneəni vaxtında görə bilməyib. Hadisənin başvermə anı və yolun nişansız vəziyyəti avtomobildə quraşdırılmış videoregistrator vasitəsilə qeydə alınıb.

O, əlavə edib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, indiyədək hər hansı nəticə əldə olunmayıb.

Nərmin

Oxunub : 564
ŞƏRH YAZ
Ad

E-mail

Şərh