Bakıda "ölümə tələsən" sürücü avtoxuliqanlıq edərək təhlükə yaradır - VİDEO

Paytaxtın Nərimənov rayonu, Ağa Neymətula küçəsində avtoxuliqanlıq edən sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 3-ü, saat 16:00 radələrində qeydə alınıb.
Belə ki, 10-XF-900 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobilin sürücüsü yüksək sürətlə, ardıcıl olaraq qoşa xəttin tələblərini pozaraq əks istiqamətli yola çıxaraq ötmə edir. Bu zaman qarşıdan gələn sürücülər üçün ciddi təhlükə yaradır.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 150 manat və 4 bal cərimə tətbiq olunur.
Lakin bu təkrar və dəfələrlə edildikdə bu artıq həmin məcəllənin 511.1-ci, yəni avtoxuliqanlıq kimi dəyərləndirilə bilər. Həmin maddədə qeyd olunur ki, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Vüqar Yaşaroğlu
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO











