Bakıda özlərini maşınların altına atan 4 piyada belə vuruldu - REAL VİDEO

Bakıda piyadaların səhlənkarlığı ilə nəticələnən ağır yol qəzalarının görüntüləri yayılıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə bir müddət əvvəl paytaxtın A.Salamzadə küçəsi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərində qeydə alınıb.
Belə ki, yüksək hərəkət sürətli yollarda piyadalar piyada zolağı olmayan ərazilərdən keçmək istəyən zaman anidən avtomobillərin qarşısına çıxıblar. Qəza nəticəsində piyadalar ölüblər.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli “Report”a bildirib ki, ötən günlər paytaxt yollarında, xüsusi ilə də günün axşam saatlarında piyada səhlənkarlığı ilə nəticələnən ağır yol qəzaları qeydə alınıb.
DYP rəsmisi yüksək hərəkət sürətli yollardan keçmək istəyən piyadalara çağırış edib:
“Bakı Şəhər Dövlət Yol Polisi belə hadisələrin baş verməməsi üçün piyadaların diqqəti olmasını xahiş edir. Yüksək hərəkət sürətli yollarda, xüsusi ilə də günün axşam saatlarında yolun nəzərdə tutulmayan hissəsində tam təhlükəsizlik tədbirlərinə əməl etmədən yola anidən çıxmaq olmaz. Bu da həmin şəxslərin həyatına təhlükə yaradır. Həmçinin onlar hadisə zamanı sürücüləri də çətin vəziyyətə salırlar, məsuliyyət qarşısında qoyurlar”.
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











