Bakıda "Prado" ilə ölümə gedən daha bir sürücü peyda oldu - VİDEO
Avtosfer TV
5 Sentyabr 2022 13:49
Oxunub 3160

8 Noyabr prospektində qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 99-PG-624 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobil əks yola çıxıb. Sürücü manevr qaydalarını pozaraq əks istiqamətli yolda əvvəlcə sərnişin avtobusunu, sonra bir neçə avtomobili keçərək minik maşınları üçün təhlükəli anlar yaşadıb. Görüntülərdən də, göründüyü kimi sanki sürücü özünü real həyatdakı kimi deyil, bir “GTA” personajı kimi aparır. Özünü xüsusi imtiyazlı hesab edən bu şəxs yolda onlarla insanın həyatına təhlükə yaradıb.
Qeyd edək ki, bu kimi hallar qanunvericiliyə görə qadağandır. Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi sürücünü sərt şəkildə cəzalandıracaq.
Həmin videonu təqdim edirik.
Yunis İsrafilov
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














