
Bakıda prospektdə qəribə qəza: biri "zadnı" getdi, o biri isə... - ŞOK VİDEO
Avtosfer TV
16 Fevral 2021 09:40
Oxunub 26568
Heydər Əliyev prospektində bir müddət əvvəl baş vermiş qəza kameralara düşüb. Avtosfer.az xəbər verir ki, hadisə günün qaranlıq saatlarında olub. Heydər Əliyev prospektindəki əsas yolda sürücü geriyə doğru hərəkət edir. Bu zaman arxadan gələn digər avtomobil yüksək sürətlə ona çırpılır.
Hadisəyə nəzərə saldıqda ehtimal etmək olar ki, əsas yoldan köməkçi yola keçməyi unudan sürücü analoji addımla bunu etməyə çalışır. Eyni zamanda solda kifayət qədər yer və məsafə olduğu halda digər avtomobilin gəldiyi sürətlə çırpılması da şübhə yaradır. Burada sürücünün sükan arxasında yatması və ya telefona başının qarışması ehtimalı daha yüksəkdir. Videonu təqdim edirik:
Orxan
ŞƏRH YAZ