Bakıda "protiv" sürüb keçiddə piyadanı vuran "Porsche" sürücüsü kimdir? - VİDEO - FOTO

Bu gün Avtosfer.az-da paytaxtın Həsən Əliyev küçəsində 90 UD 900 dövlət nömrə nişanlı, "Porsche" markalı avtomobil ilə əks istiqamətdə hərəkət edərək piyada keçidində piyadanı vuran sürücü barədə yeni təfərrüatlar məlum olub. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, avtomobili sürən şəxs 16 yaşlı Firuz Salmanov olub. Firuz Salmanov sosial şəbəkələrdə müxtəlif vaxtlarda "Niva" markalı avtomobil ilə avtoxuliqanlıq hərəkətləri edərək videolar paylaşıb. Eyni zamanda çoxsaylı qayda pozuntuları edib.
Hazırda idarə etdiyi "Porsche" markalı avtomobil anası Ülviyyə Salmanovanın adınadır. Avtomobili isə idarə etmək hüququ atası Pərviz Salmanova məxsusdur. Pərviz Salmanov ticarətlə məşğuldur və parça alqı-satqısı ilə məşğul olur.
Firuz Salmanov isə sürücülük hüququ olmadan avtomobili idarə edir.
Qeyd edək ki, hadisə avqust ayının 24-də baş verib. Vurulan şəxsin ağır yaralandığı barədə məlumat verilib. Eyni zamanda onun vəfat etdiyi də bildirilir. Qəzanın videosu və sürücünün müxtəlif vaxtlarda avtoxuliqanlıq hərəkətləri əks etdirən videoları təqdim edirik:
Qayda pozan “BMW” sürücüsü 12 yaşlı qızı keçiddə vurdu - VİDEO
Özbəkistanda yeni seriya nömrə - ANT - VİDEO
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO










