Bakıda qadın sürücünün naşılığı kilometrlik tıxaca səbəb oldu - VİDEO

Bu hadisə Səbail rayon Polis İdarəsinin qarşısında - Abbasqulu Abbaszadə küçəsində baş verib. Avtosfer.az xəbər verir ki, Milli Məclisdən "Oksford" məktəbinə qalxan yol sutkanın istənilən saatında yüklənmiş olur. Burada ani ləngimə nəqliyyatın bütün hərəkətini iflic edir. Bu videodakı 90 NO 991 nömrəli avtomobilin sahibi də görünür sürücülüyə yeni başlayıb. Ya da yanacağa qənaət etmək üçün ara küçədən birbaşa yola çıxmaq istəməyib. Qadın sürücü təxminən 1 dəqiqə ərzində irəli geri manevr edərək nıəhayət yola çıxa bildi. Amma bu 1 dəqiqəlik ləngimə hər 2 istiqamətdə azı 1 kilometrlik tıxac yaratdı.
Qadının karıxıb qalmasında digər sürücülərin də rolu az olmadı. Hərəkət ani olaraq ləngiyən kimi hamı obrazlı desək siqnalın üstündə oturdu.
Siqnal məsələsinə gəlincə, bizdə təəssüf ki vəziyyət ürəkaçan deyil. Amma ümid edirəm ki bunun da çarəsi tapılacaq.
Yeri gəlmişkən, Afrikanın bir neçə ölkəsində polis siqnaldan istifadəni minimuma endirmək üçün maraqlı üsxula əl atıb: böyük şəhərlərdə sünii tıxac yaradılılb (svetofor vasitəsi ilə). Tıxacda gözləyərkən siqnaldan istifadə edən sürücülər cərimələnib. Etiraz edənlərə cavab eyni olub: səs siqnalı qəzanın qarşısını almaq üçündür. Tıxacda gösləyən avtomobil hansı qəzanı törədə bilər?
Vüqar
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











