Bakıda sürücüyə qarşı qəribə xuliqanlıq hadisəsi törədildi - VİDEO

Bakının Sabunçu rayonunda qeyri-adi xuliqanlıq baş verib. Avtosfer.az xəbər verir ki, dünən günorta saatlarında Yeni Ramana qəsəbəsi ərazisində gənc xanım qonşuluqda park edilən avtomobili dəmir parçası ilə cızıb. Bu barədə avtomobilin sürücüsü Taleh Məhərrəm oğlu Seyfullazadə şikayətində bildirib. O bildirib ki, qohumunun evinə qonaq gedib. "Qohumumuza qonaq getmişdim. Həmin gün idarə etdiyim "Toyota" markalı, 99 PL 314 dövlət nömrə nişanlı avtomobili qohumumuzun qapısının qarşısında saxlamışdım.
Qohumumun qonşusu, gənc qadın çıxıb və maşınımı cızmağa başlayıb. Hadisənin görüntüsü ərazidə quraşdırılan müşahidə kamerasına düşüb", - deyə Taleh Seyfullazadə bildirib.
O əlavə edib ki, bu hadisədən sonra ona min manatdan çox zərər dəyib.
O, bu barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edib.
Bölmədən baku.ws-ə bildirdilər ki, məsələ ilə bağlı izahatlar alınıb və araşdırma aparılır.
Qeyd edək ki, hadisə zamanı zərər çəkən Taleh Seyfullazadə Vətən Müharibəsi iştirakçısı olub və qəhrəmanlığına görə fəxri fərmana layiq görülüb.
Avtomobili cızan şəxs isə Aygün Qocayeva adlı xanımdır və onun orta məktəbdə müəllim işlədiyi bildirilib.
Özbəkistanda yeni seriya nömrə - ANT - VİDEO
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO










