Bakıda “savab qazanmaq” istəyən bina sahibi səkini zəbt edib - VİDEO

Avtosfer TV 19 Avqust 2024 17:25 Oxunub 162
Bakıda “savab qazanmaq” istəyən bina sahibi səkini zəbt edib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda yeni tikilən göydələnlərdən biri səkinin böyük bir hissəsini zəbt edib.

Avtosfer.az xəbər verir ki, Bakının Xətai rayonunda yeni tikili ərazidəki obyektlər üçün parklama yeri təşkil etmək məqsədilə piyadaların hərəkət etdiyi ərazini özəlləşdirib.

Belə ki, “8 Noyabr” prospektinin Gənclik parkının qarşısından keçən hissəsində səkinin böyük hissəsi qeyri-qanuni parklama yerinə çevrilib. Ərazidən öz velosipedi ilə keçən vətəndaş görüntüləri öz sosial şəbəkə hesabında paylaşıb və binanın sahibi olan şirkəti tənqid edib.

Geniş prospekt olmasına baxmayaraq, belə şirkətlərin qanunazidd əməlləri nəticəsində ərazidə nə, velosipedlərin nə də piyadaların rahat hərəkəti üçün boş ərazi buraxılıb.

Həmin görüntüləri sizə təqdim edirik:

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh