Bakıda saxta vergi müfəttişləri peyda olub - GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Bakıda özünü vergi müfəttişi kimi təqdim edən şəxslər özəl şirkətin ofisinə daxil olaraq dələduzluq ediblər. Avtosfer.az-ın məlumatına görə, hadisə dünən Xocahəsən qəsəbəsində özəl şirkətlərin birində baş verib. Axşam saatlarında ofisə girən iki şəxs Vergilər Nazirliyindən yoxlama üçün gəldiklərini deyiblər və bütün işçilərin sənədlərini tələb ediblər. İçkili vəziyyətdə olan saxta vergi müfəttişləri onlardan sənəd tələb edən baş mühasib və şirkətin mühafizəçisini həbs etdirməklə və işdən çıxartmaqla hədələyiblər.
Təqdim edilən sənədə diqqətlə baxdıqda isə saxta müfəttişlərin Vergilər Nazirliyində deyil, "Vergi maarifçiliyi" ictimai birliyində işlədikləri məlum olub. Yalanları ifşa olan həmin şəxslər xeyli mübahisədən sonra ofisdən çıxıblar.
Şirkət nümayəndəsi bənzər halların bir neçə dəfə təkrarlandığını deyir. Lakin hələlik bu şəxslər barəsində polisə şikayət etməyib.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












