Şəhidlərin anım vaxtı dayanmayan sürücüdən açıqlama - VİDEO

Dünən Avtosfer.az saytında “Şəhidlərin anım vaxtı sürücü görün nə etdi” başlıqlı videomaterial dərc edilib. Videoda 21-BF-821 dövlət qeydiyyat nişanlı, “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsünün sükutu pozaraq yoluna davam etməsi əks olunub. Bu isə sosial şəbəkə izləyicilərinin narazılığına səbəb olub. Məsələ ilə bağlı avtomobilin sürücüsü Ayaz İmamquliyev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət olunub və onunla profilaktiki söhbətlər aparılıb. Daha sonra Avtosfer.az-ın redaksiyasına gələn sürücü maşında yaşlı və xəstə insanların olması səbəbindən bu addımı atdığını bildirib. Qeyd edib ki, anım vaxtı veriləcək yüksək və ardıcıl siqnal səslərinin avtomobildəki xəstə ata və anasına mənfi təsir göstərəcəyini bildiyi üçün ətrafdakı insanlardan üzr istəyərək ona yol verilməsini xahiş edib, daha sonra isə ərazidən uzaqlaşıb.
A.İmamquliyev vətənpərvər olduğunu və şəhidlərimizə heç bir hörmətsizlik etmək məqsədinin olmadığını da bildirib.
27 sentyabr, 20:00
Bu gün 44 günlük zəfər tarixinin başladığı gündür. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd edilir. Hörmət əlaməti olaraq saat 12 də əhali tərəfindən bir dəqiqəlik sükutla şəhidlərin ruhu yad edilir. Avtomobil yollarından tutmuş bir çox yerlərdə hərəkət məhdudlaşdırılır. Bu gün sükut zamanı sürücülərdən biri xoşagəlməz addımı ilə kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunda baş verib. Videodan da göründüyü kimi, 21-BF-821 dövlət qeydiyyat nişanlı, “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü sükutu pozaraq yolun sağına manevr etməklə hadisə yerindən uzaqlaşıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin yolda avtomobilini saxlayaraq şəhidləri andığı bir vaxtda hər hansı şəxsin özünü yüksək nüfuzlu şəxs kimi görərək şəhidlərin ruhuna hörmətsizlik nümayiş etdirməsi qəbuledilməzdir.
Yunis
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











