Bakıda səhv quraşdırılmış nişana görə sürücülər cərimələnir - DİQQƏT - VİDEO

Bakıda hərəkətin təşkilində olan qüsura görə sürücülər cərimələnir. Bu barədə bir neçə oxucu Avtosfer.az-ın qaynar xəttinə şikayət ünvanlayıb. Onlar bildirir ki, paytaxtın Qurban Xəlilov küçəsində hərəkətin təşkilində olan nöqsana görə sürücülər haqsız olaraq cərimələnir. Belə ki, Qurban Xəlilov küçəsinin - İsmayıl bəy Qutqaşınlı küçəsi ilə kəsişməsində düzünə və sola məcburedici nişan quraşdırılıb. İ.Qutqaşınlı küçəsinin ikitərəfli olmasına baxmayaraq, sağa dönən sürücülər məsuliyyətə cəlb edilir. Lakin həmin yolayrıcından sağa dönmək heç kimə problem yaratmır. Çünki həmin küçədə nə tıxac olur, nə də ki, hər hansısa bir konflikt. Sözügedən kəsişmədə hərəkətin sağa icazə verilməməsi olduqca absurddur və belə nöqsanlar operativ şəkildə aradan qaldırılmalıdır.
Xatırladaq ki, Bakı şəhərinin inzibati ərazisində hərəkətin təşkilinə birbaşa olaraq Bakı Nəqliyyat Agentliyi cavabdehdir. Bu cür nöqsanların yaranmasının və buna nəzarət edilməməsinin məsuliyyəti də məhz BNA-nın üzərinə düşür.
Bəs burada hərəkət necə təşkil edilməlidir?
Qeyd edək ki, Qurban Xəlilov küçəsinin sağ zolağında 1.18 nişanlanması ilə düzünə və sağa, sol zolağında isə düzünə və sola hərəkət təşkil edilməsi məqsədəuyğun hesab olunur. Eyni zamanda zolaqlar üzrə hərəkət istiqamətinin sürücülər tərəfindən yaxşı qavranılması üçün əlavə olaraq 5.8.1 məlumatverici nişanlardan da istifadə edilə bilər.
Fərid
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











