Bakıda səkidə avtomobil idarə edən sürücü həbs edilib - VİDEO

Avtosfer TV 7 May 2024 10:37 Oxunub 718
Bakıda səkidə avtomobil idarə edən sürücü həbs edilib  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Şəhər DYP İdarəsindən verilən məlumata görə, paytaxtın Səbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan "Mercedes" markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ağayev Cahangir Bəhlul oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh