Bakıda sığortası olmayan "Prius" sürücüsündən QEYRİ-ADİ MESAJ - VİDEO

Bakıda şəhərin mərkəzində "Toyota Prius" markalı avtomobilin maraqlı görüntüləri yayılıb.
Avtosfer.az xəbər verir ki, görüntülərdə "Prius" sürücüsünün avtomobil arxa hissəsinə "Sığortam yoxdur, ehtiyatlı ol" sözləri yazılıb.
Sürücü bununla ictimaiyyətə mesaj verib ki, onun avtomobilini sığorta şirkətləri sığorta etmirlər.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli mövzu ilə bağlı baku.ws-ə bildirib ki, bəzi avtomobillərin sığorta edilməməsi prosesi mülki məsuliyyət yaradır və həmin avtomobil sahiblərini çətin vəziyyətə salır: "Nəqliyyat vasitələrinin icbari qaydada sığortalanmasını adiyyəti dövlət orqanları nəzərə almalıdır ki, bu prosesin ciddi şəkildə nəzarət olunması həmin şəxslərin mülki məsluyyət hüquqlarının yaranması, eləcə də inzibati məsuliyyət hüquqlarının yaranmaması üçün nəzərdə tutulmuş hüquqi prosedur qaydadır".
Araz Əsgərli həmçinin deyib ki, avtomobillərə öz nömrəsini, digər sözlər yazmaq və diqqət yayındıran fotolar vurmaq yolverilməzdir: "Bu cür formada avtomobili idarə etmək hərəkət iştirakçılarının diqqətini yayındırır, hətta bəzi hallarda reklam haqqında qanunvericiliyin tələblərini də pozur.
Müxtəlif xarakterli yazılar, ifadələr isə ümumiyyətlə əxlaqi normalara, mədəni səviyyəyə, mənəvi dəyərlərlə sığmayan, ictimaiyyətin qınağına, kəskin ikrah hissinə, haqlı narazılığına səbəb olur".
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO











