Banner

Bakıda sürücü köhnə avtomobilin baqajında sərnişin daşıdı - VİDEO

Avtosfer TV 30 Oktyabr 2022 21:00 Oxunub 2562
Bakıda sürücü köhnə avtomobilin baqajında  sərnişin daşıdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda sınıq-salxaq maşınla sərnişindaşıma qaydalarını pozan sürücü kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə bu gün 17:40 radələrində Bəbək prospektində qeydə alınıb. Belə ki, “Qaz 24” markalı, 10-HO-190 dövlət nömrə nişanlı avtomobilin sürücüsü sərnişindaşıma qaydalarını kobud şəkildə pozub. Videodan göründüyü kimi sərnişin baqajın üstündə əyləşib, geriyədönmə yerində oradan düşərək kabinə keçib.

Bununla yanaşı onu da qeyd edək ki, nəqliyyat vasitəsinin texniki cəhətdən nasaz vəziyyətdə olduğu da aşkar şəkildə görünür. Üstəlik dönmə  və tormoz işıqları işlək vəziyyətdə deyil.

Görüntüləri təqdim edirik:

Nərminə Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh