Banner

Bakıda sürücü maşını vurmamaq üçün svetoforu yerindən qopardı - VİDEO

Avtosfer TV 12 Noyabr 2025 16:00 Oxunub 1208
Bakıda sürücü maşını vurmamaq üçün svetoforu yerindən qopardı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün səhər saatlarında paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qəza nəticəsində nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb, piyada işıqforuna isə zərər dəyib.

İlkin ehtimala görə, qəza sürücü diqqətsizliyi səbəbindən olub.

Hazırda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən işıqforların yenisi ilə əvəz edilməsi işləri görülür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh