Bakıda sürücü qayda pozan təlimçiyə qaydaları xatırlatdı; qadın isə… - VİDEO

Paytaxt küçələrindən birində qayda pozan sürücülük təlimçisi avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət günorta saatlarında qeydə alınıb.
Kadrlardan göründüyü kimi, 99-XE-205 dövlət nömrə nişanlı “Mazda” markalı təlim maşını düzgün zolaqda hərəkət etmədiyi üçün sağa manevr edib və bu zaman həmin zolaqdakı avtomobil üçün qəza şəraiti yaradıb.
Görüntünü qeydə alan sürücü xanım təlimçiyə yaxınlaşaraq onun qaydanı pozduğunu ətraflı izah edib: “Yuxarıda ‘Zolaqlarda hərəkət istiqamətləri’ nişanı (5.8.1) var. Siz nişanı gördüyünüz zaman zolağı dəyişməlisiniz. Nəyə görə sol zolaqda hərəkət edib daha sonra sağa keçirsiniz? Üstəlik təlimçisiniz”.
Qadın isə qarşılığında “Tez getmək üçün” ifadəsini səsləndirib.
Sürücü qanunlara əməl edilməli olduğunu vurğuladıqda isə o, ironik şəkildə “Qoy mən qanunu pozum, siz yox” deyə cavab verib.
Qeyd edək ki, sürücülük təlimçilərinin qaydalara riayət etməsi, xüsusilə praktiki dərslərdə, həm öyrənən sürücülər üçün nümunəvi davranış, həm də yolda təhlükəsizliyin təminatı baxımından vacibdir.
Təlimçinin belə hərəkəti isə həm başqaları üçün təhlükə yaradır, həm də öyrənən sürücülərdə yanlış vərdiş formalaşdırır.
Nərmin
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO












