Bakıda sürücülər arasında xoş ünsiyyət - Bu dəfə dava yox, təşəkkür edildi - VİDEO

Paytaxtda avtomobil sürücüsünün motosiklet sürücüsünə göstərdiyi bu nümunəvi davranış sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyənləri təəccübləndirib.
Avtosfer.az xəbər verir ki, hadisə Yasamal rayonu Mətbuat dairəsində baş verib. Belə ki, 90-RC-855 nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü sol zolaqdan yaxınlaşan motosiklet sürücüsünü vaxtında fərq edərək onun daha rahat və təhlükəsiz keçidi üçün avtomobilinin yan güzgüsünü qatlayıb. Bu addım motosikletçinin dar məsafədən maneəsiz keçməsinə şərait yaradıb.
Hadisədən sonra motosiklet sürücüsü avtomobil sahibinə təşəkkürünü bildirib. O qeyd edib ki, kaş bütün sürücülər bu cür anlayışlı və diqqətli olsunlar: “Biz motosikletə kefimizdən səhər tezdən minmirik. İşə getdiyimiz, ailəmizi dolandırdığımız üçün bu nəqliyyat vasitəsini seçirik. Belə davranışlar bizim üçün həm təhlükəsizlik, həm də böyük mənəvi dəstəkdir”.
Sosial şəbəkə istifadəçiləri də görüntülərə müsbət reaksiya verərək, bu cür qarşılıqlı hörmətin yollarda gərginliyi azaltdığını, həm avtomobil, həm də motosiklet sürücüləri üçün riskləri minimuma endirdiyini vurğulayıblar. Xüsusilə paytaxt kimi sıx nəqliyyat axını olan şəhərlərdə sürücülərin bir-birinə anlayışla yanaşması yol hərəkəti mədəniyyətinin formalaşmasında mühüm rol oynayır.
Qeyd edək ki, bu kimi müsbət nümunələrin artması yollarda təhlükəsizliyin təmin olunmasına və sürücülər arasında sağlam münasibətlərin qurulmasına ciddi töhfə verə bilər.
Eltac Zülfüqaroğlu
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO
Xaotik park edilən maşınlara görə yanğınsöndürənlər hadisə yerinə çata bilmədi - VİDEO
Sovet maşınlarının yollarda hərəkəti qadağan edildi - RƏSMİ
Təcili yardım maşını qəzaya düşdü, xəstə və 3 nəfər xəstəxanalıq oldu - VİDEO
Yük maşını yoldakı suyu qəsdən digər avtomobilə sıçratdı – 77-JD-319 - VİDEO
Qayda pozan sürücü qəzaya düşən maşından asfalta yıxıldı - Film kimi hadisə - VİDEO
“Bolt”un 2025-ci ildəki gəlirləri 2,3 milyard avrodan çox olub – RƏSMİ - VİDEO
Sərxoş qadın taksi çağırmaq əvəzinə başqa maşını oğurladı – Qəza törətdi - VİDEO
Piyadaya yol verən sürücülər də cərimələnir - Sürücüdən ŞOK VİDEO
Çin maşınının təmir zamanı çəkilən görüntüləri gündəm oldu - VİDEO










