Taksi sürücüsündən sükan arxasında qeyri-etik davranış: DYP-dən reaksiya- VİDEO

Bakıda taksi sürücüsünün sükan arxasında olarkən qeyri-etik hərəkəti ilə bağlı görüntülər yayılıb. Videogörüntülər yolda hərəkət edən digər bir sürücü tərəfindən lentə alınıb.
Kadrlarda taksi sürücüsü sükan arxasında ayağını pəncərədən çıxararaq avtomobilini idarə edir. Sözügedən vəziyyət sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid olunub.
Məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, şəxs barəsində araşdırma aparılacaq: “Belə hadisələrin şahidi olmaq sözün əsl mənasında insanı məyus edir. Üstəlik, taksi sürücüsünün, hansı ki, fəaliyyəti sırf insanlara xidmətlə bağlıdır. Məsuliyyətsizliklə özünü və ətrafdakı insanları heçə sayan, təhlükə altında qoyan, ictimai münasibətlərə hörmətsizlik gətirən bu cür personajlarla nəinki polis, ümumilikdə cəmiyyətin hər bir üzvü mübarizə aparmalıdır. Təbii ki, bu şəxs barəsində də ətraflı araşdırma aparılacaq. Çünki ağlı başında olan, adekvat düşüncəli adam ayağını bayıra çıxarıb avtomobil idarə edə bilməz”.
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











