Bakıda təhlükə saçan sürücü: Sükanı buraxıb qadın sərnişini dəfələrlə vurdu - VİDEO

Bakıda qadın sərnişinə qarşı zorakı davranış sərgiləyən sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 23-də səhər saatlarında Mirzəağa Əliyev küçəsində qeydə alınıb.
Görüntülərdən məlum olur ki, 77-UQ-916 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü ön sərnişin oturacağında əyləşən qadına əvvəlcə əlindəki telefonla bir neçə dəfə zərbə endirir. Daha sonra isə o, qışqıraraq xanım sərnişinə barmağı ilə sərt şəkildə işarələr edir.
Kadrlardan həmçinin görünür ki, sürücü mübahisə zamanı bir neçə dəfə əlini sükan çənbərindən çəkir və diqqətini yoldan yayındırır. Bu isə digər hərəkət iştirakçıları üçün də təhlükəli vəziyyət yaradır.
Sürücü yol boyu aqressiv davranışlarını davam etdirib.
Qeyd edək ki, məsələylə bağlı polis araşdırma aparır.
Nərmin
Qayda pozan “BMW” sürücüsü 12 yaşlı qızı keçiddə vurdu - VİDEO
Özbəkistanda yeni seriya nömrə - ANT - VİDEO
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO











