Bakıda yaşlı qadın avtobus sürücüsünü döydü – VİDEO

Mayın 1-də “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan 61 saylı marşurutda maraqlı hadisə yaşanıb. Belə ki, 3-cü mikrorayon dairəsi ərazisində qadın şərnişin sürücüdən avtobusu dayanacaqdan kənarda saxlamağı tələb edib. Lakin sürücü bunun mümkünsüz olduğunu bildirərək qaydanı pozmayacağını qeyd edir. Bundan əsəbləşən qadın əvvəlcə sürücüyə qarşı kobudluq edərək onu müxtəlif söyüşlərlə təhqir edir. Lakin bununla kifayətlənməyən qadın sükan arxasında olan sürücüyə hücum edərək onu vurmağa, başlayır və paltarını cırır. Lakin sürücü bütün bu davranışlar qarşısında səbr nümayiş etdirərək reaksiya vermir.
Qeyd edək ki, 61 saylı marşurutun sürücüsü Rövşən Süleymanovun bu nümunəvi davranışı şirkət tərəfindən qiymətləndirilib və o, mükafatlandırılıb. Onu da əlavə edək ki, “Xaliq Faiqoğlu” MMC tərəfindən sürücülərlə hər həftə mütamadi olaraq görüşlər keçirilir və onlara müxtəlif təlimatlar və tövsiyyələr verilir.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirib ki, 61 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda çəkilən bu videoda sərnişinlərdən biri sürücüdən avtobusu dayanacaqdan kənarda saxlamağı tələb edir. Sürücü isə vəzifə təlimatına və sərnişindaşıma qaydalarının tələbinə uyğun olaraq sərnişinin bu istəyini yerinə yetirməyib: "Belə olan halda o, sürücünü təhqir edir və ən dəhşətlisi isə hərəkətdə olan avtobusu idarə edən sürücüyə hücum edir. Qanunsuz tələbinin yerinə yetirilməməsinə etiraz edən qadın sərnişin bununla özünün, eləcə də avtobusda olan onlarla sərnişinin həyatını ciddi təhlükəyə atıb. Sürücünün peşəkar davranışı sayəsində qəzadan yayınmaq mümkün olub.
Bakı Nəqliyyat Agentliyi olaraq bir daha bəyan edirik ki, sərnişin avtobusunu dayanacaqdan kənarda saxlamaq qadağandır. Sürücülərimiz kimi, sərnişinlərimiz də mütləq şəkildə qoyulan bu qaydaya əməl etməlidirlər. Sərnişin avtobuslarının dayanacaqdan kənar saxlanmasına qarşı Bakı Nəqliyyat Agentliyi paytaxtda fəaliyyət göstərən müntəzəm sərnişindaşıma şirkətləri ilə mütəmadi iş aparır, maarifləndirmə tədbirləri həyata keçirir. Bu işdə cəmiyyətimiz də bizə dəstək olmalı, bu kimi hallara yol verən sürücülərə və sərnişinlərə qarşı səssiz qalmamalıdır. Düşünürük ki, bu kimi etik davranış qaydalarını kobud şəkildə pozan sərnişinlərə qarşı ictimai qınaq formasında birgə etiraz edilməlidir".
İnzibati Xətalar Məcəlləsinin 346.3 maddəsinə əsasən marşurut avtobusunun sürücüsü sərnişin düşürüb və ya mindirmək üçün dayancaqdan kənar avtobus saxladıqda yol polisi tərəfindən 100 manat və 4 bal miqdarında cərimələnir. Üstəlik kameralarla təchiz edilən avtobuslarda daşıyıcı şirkətlərdə dayanacaqdan kənar avtobus saxlayan sürücüləri cərimələyirlər.
Elmin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












