Bakıda yaşlı qadın sürücüləri "Azəravtoyol"-un çuxurundan qoruyur - VİDEO

Babək prospekti iki ildən çoxdur istifadəyə verilsə də, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi orada o qədər səhvlər edib ki, problemlər hələ də bitib-tükənmir. Heç təsadüfi deyil ki, ölkə rəhbərliyi də prospektdə görülən işlərdən narazı qalıb. Azəravtoyol sonradan nə qədər dəyişikliklər etməyə çalışsa da, Babək prospektdində problem çoxdur. Onlardan biri də keçmiş maşın bazarının qarşısındakı çuxurdur. Bu çuxuru görməyən sürücünün avtomobili ora düşdüsə, ya təkər cırılır, ya da detallardan hanslısa qırılıb zay olur. Beləliklə, AAYDA-nın səhvi ucbatından onlarla sürücüyə ziyan dəyib. Amma Agentlik hələ də bu problemi "görmür" və həll etmir.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan video da deyilənləri təsdiq edir. Yolun kənarında əyləşən yaşlı qadın hər gün maşını çuxura düşmək təhlükəsi ilə üzləşən sürücülərə xəbərdarllq edir, əllə işarə edərək onları çuxura düşməkdən yayındırır. Bunun əvəzində sürücülər həmin qadına pul verirlər. Ola bilməz ki, Agentliyin hansısa bir işçisi oradan keçmir və problemi görmür. Amma bir gün dəymiz ziyana görə sürücülər kütləvi şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini məhkəməyə verib kompensasiya tələb etsələr, çox güman, ondan sonra qurum öz məsuliyyətini dərk edəcək.
Axı niyə sürücülər hansısa məsuliyyətsiz məmura görə ziyana düşməlidir, əmlakına ziyan dəyməlidir?
Elməddin
Motosikleti bir təkər üzərində sürən şəxsi polis saxlayıb cərimələdi - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO











