Bakıda yeni açılan parka gedən insanlar ölümlə üz-üzə qalır - VİDEO

Bir neçə gün əvvəl Bakıda – Mehdi Hüseyn küçəsində yeni park sakinlərin istifadəsinə verilib. Çəmbərəkənd adlanan park Teleteatrla üz-üzə yerləşir. Avtosfer.az-ın təqdim etdiyi videodan hər şey aydın görünür. Parka gələnlər yolun ortasında hərəkət edir, maşınlar harada və necə gəldi park edilib. Bir sözlə, aləm bir-birinə qarışıb. Səbəb isə odur ki, parkın salındığı ərazidə avtomobil parkinqi üçün yer yoxdur.

Üstəlik, sakinlərin parka rahat gedə bilməsi üçün piyada keçidləri də mövcud deyil. Hələ bu azmış kimi, avtobus dayanacaqları da gözə dəymir. Təsəvvür edin ki, siz avtobusdan Şəhidlər Xiyabanının qarşısında düşüb və ya oradakı keçiddən keçib 500 metr geri qayıtmalısınız. Geri qayıdarkən isə səki yoxdur, yolun hərəkət hissəsiylə gəlmək lazım olacaq. Ən yaxın avtobus dayanacağı svetofordan sola döndükdə 200 metr irəlidədir. Orada avtobusdan düşdükdə isə yenə 200 metr irəli gedib hamamın yanındakı keçiddən keçib geri qayıtmaq lazımdır.
Parka gələn sakinlər də ərazidə keçid və dayanacaq olmamasından, parkinqin yaradılmamasından şikayət edir.

Park tikib insanları düşünməmək bir daha onu göstərir ki, Bakıda şəhərsalma hələ da xaotik şəkildə həyata keçirilir. Bu cür işlər görülərkən hərəkətin təşkilinə cavabdeh olan Dövlət Yol Polisi və Bakı Nəqliyyat Agentliyi ilə mütləq məsləhətləşmək lazımdır.
Qeyd edək ki, illər öncə Dədə Qorqud parkı açılanda da parkınq və keçid yaddan çıxmışdı. Bu məsələləri aylar sonra həll etdilər...
Elməddin
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO














