Bakıda yol kəsən 002 nömrəli "Lexus" sürücüsü CƏRİMƏLƏNDİ - FOTO - VİDEO - FOTO

Avtosfer TV 28 Aprel 2023 16:26 Oxunub 7050
Bakıda yol kəsən 002 nömrəli "Lexus" sürücüsü CƏRİMƏLƏNDİ - FOTO  - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirib ki, sözügedən sürücü barəsində araşdırma aparılıb və müvafiq tədbir görülüb. Belə ki, avtomobilin sürücüsü 1985-ci il təvəllüdlü, Ağdam rayon sakini Qasımov Ramin Rəhman oğlu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 100 manat və 4 bal cərimə olunub. 

12:29

Bakıda yol kəsən sürücünün videosu avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın 28 May metrostansiyasının qarşısında baş verib. Belə ki, 10-FV-002 qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. Daha sonra isə qarşı tərəfdən gələn sürücüyə işıq siqnalı ilə xəbərdarlıq edərək yoldan çıxmasını tələb edib. Bu azmış kimi avtomobildən düşərək görüntünü qeydə alan sürücü ilə kobud danışmağa başlayıb. Mübahisə edib avtomobilinə əyləşdikdən sonra yenidən düşərək sürücünün üzərinə gəlib. Bu zaman yaxınlıqdakı insanlar onun əl-qolundan tutaraq mübahisənin gərginləşməsinin qarşısını almağa çalışıblar.

 

Leyla

ŞƏRH YAZ
Ad

E-mail

Şərh