Bakıda yoxa çıxan maşın görün HARADAN TAPILDI - VİDEO

“90-NS-918 qeydiyyat nömrəli avtomobil “Fiat Doblo”, Səməd Vurğun küçəsi ilə və Füzuli küçəsinin kəsişməsində xarab oldu, üzərimdə pul olmadığından maşını tam sağda saxlayaraq, gəldim evdən pul götürərək qayıdıb maşını götürəm. Getdim səhər tezdən, baxış keçirtdim ora, gördüm maşın yoxdur”.
Maşınını saxladığı yerdə tapa bilməyən Asim Səfərov Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”nə məlumat verib: “Zəng etdim “102” xidmətinə bildirdim ki, bəs mənim maşınım saxladığım yerdə yoxdur. Aparılıb və ya oğurlanıb, bilmirəm. Onlar da oğurlanmış kimi qeydiyyata aldılar. Artıq üçüncü günə keçir, maşından hələdə bir xəbər yoxdur”.
Bundan sonra vətəndaş APA TV-nin qaynar xəttinə müraciət edərək avtomobilinin tapılması üçün köməklik göstərməyimizi xahiş etdi. Biz də məsələ ilə bağlı ilk olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Məlum oldu ki, sözügedən şəxsin avtomobili oğurlanmayıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, sən demə Asim Səfərov dayanma-durma qaydalarını pozduğuna görə, avtomobili saxladığı yerdən götürülərək Süleyman Rəhimov küçəsinə aparılıb: “Məlumat üçün qeyd edim ki, 90-NS-918 dövlət qeydiyyat nişanlı, “Fiat Doblo” markalı avtomobil 14.10.2022 tarixində saat 16:59 radələrində Süleyman Rəhimov küçəsində, dayanma-durma qaydalarını pozduğuna görə, inzibati tənbeh tədbirləri barəsində seçilib. Tərtib olunmuş protokol, şəxsin “asan pay kabineti”də görsənir. Belə ki, nəqliyyat vasitəsinin üç formada foto şəkilləri də, həmin kabinetdə inzibati xətanın protokoluna əlavə edilib”.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli onu da bildirdi ki, hazırda sözügedən avtomobil Süleyman Rəhimov küçəsindədir. Maşının sahibinə də nəqliyyat vasitəsinin yeri barədə məlumat verilib.
Yenidən Asim Səfərovla əlaqə saxlayıb maşının yeri barədə ona məlumat verilib verilmədiyini soruşduq. O isə artıq avtomobilini həmin ərazidən götürdüyünü təsdiqlədi.
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











