Bakını ayağa qaldıran “avtoş” belə yaxalandı - “Naz Lifan”la görün nələr edir - VİDEO
Yanvarın 21-də səhər saatlarında Bakıda avtoxuliqanlıq edən sürücünün saxlanılması ilə bağlı yeni faktlar ortaya çıxıb. Avtosfer.az-ın apardığı araşdırma zamanı məlum olub ki, həmin sürücünü heç də Yol Patrul Xidmətinin 23 avtomobili təqib etməyib. 90-UR-366 dövlət qeydiyyat nişanlı "Naz Lifan" markalı avtomobili 33 yaşlı Ağasıyev Ramin Niyazə oğlu idarə etsə də, həmin nəqliyyat vasitəsi dövlət tərəfindən Məmmədov Zaur Səxavət oğluna verilib. Lakin Ramin Ağasıyev avtomobili dostu Zaur Məmmədovdan götürərək nömrələrini çıxarıb və Bakı şəhərində idarə etməyə başlayıb. Nömrənin yerində olmadığını görən yol polisi əməkdaşları ona əvvəlvə Yasamal rayonu ərazisində “saxla” işarəsi veriblər. Lakin avtomobildə özü ilə yanaşı 3 dostu da olan sürücü qaçmağa başlayıb. Yol polisləri onu təhlükəsizlik qaydalarına uyğun şəkildə təqdib ediblər. Sürücü olduqca təhlükəli manevrlər edib, maşını yol polisi avtomobillərinin, həmçinin yol polisi əməkdaşlarının üstünə sürərək hərəkəti davam etdirib. Hətta bir neçə dəfə qəza şəraiti yaradan sürücü saxlanılarkən qəza törədib və “Naz Lifan”ın ön tərəfini səkiyə çırpıb.
Şəhərin mərkəzi küçələrində təhlükəli vəziyyət yaradan “avtoş”u yol polisləri kənara çıxarıblar. DYP əməkdaşları onu məqsədli şəkildə mərkəzi küçələrdən kənarlaşdıraraq Nobel prospektinə istiqamətləndiriblər. Burada isə süni sıxlıq yaradaraq maşını dayandırıblar. Sürücü maşından düşüb qaçmağa çalışsa da, buna imkan verilməyib. Yol polisləri tərəfindən saxlanılan sürücü toplanmış materiallarla bilrikdə Səbail rayon Polis İdarəsinə təhvil verilib. Burada aparılan araşdırma zamanı məlum olub ki, Ramin Ağasiyevin sürücülük vəsiqəsi yoxdur. Avtomobil rəngsazı kimi çalışan Raminin anası və atası, eləcə də bir bacısı xəstədir. Bütün bunları nəzərə alan Səbail rayon Məhkəməsi ona 30 gün inzibati həbs cəzası verib.
Bakı şəhər DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, avtoxuliqanlıq edən Ramin Ağasıyevin saxlanılması üçün 3 kəsişmədə ayrı-ayrı avtomobillərdə xidmət aparan yol polisi əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Lakin sürücü qanuna tabe olmayaraq qaçıb. Nəhayət, 3 patrul maşını tərəfindən təqib olunan “Naz Lifan” Nobel prospektində süni sıxlıq yaradılmaqla saxlanılıb.
Ramin Ağasıyev hazırda Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində cəzasını çəkir.
Elməddin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO















