Bakının iki böyük prospektində tıxac aradan qaldırılacaq - VİDEO
Bakının Fəzail Bayramov və Yusif Səfərov küçələrini birləşdirən iki istiqamətli, 4 zolaqlı yolda aparılan təhlillər nəticəsində müəyyən çatışmazlığın olduğu müəyyən edilib. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, F.Bayramov küçəsinin şərq hissəsində yaşayan əhalinin şəhər mərkəzinə gedərkən Y.Səfərov küçəsinə çıxmaq üçün yeni salınmış yoldan istifadə edə bilmir. “Bu səbəbdən, hazırda alternativ olaraq Y.Səfərov küçəsinə çıxmaq üçün Babək və Xocalı prospektlərindən istifadə edilir ki, bu da günün pik vaxtlarında adıçəkilən hər iki prospektdə nəqliyyat yükünü əhəmiyyətli dərəcədə artırır. BNA mütəxəssislərinin hazırladığı həll planına əsasən, qeyd edilən ünvanda yaşayan sakinlərin Y.Səfərov küçəsinə qısa vaxt ərzində rahat çıxışını təmin etmək və yeni salınmış yolun funksionallığını artırmaq məqsədilə, F.Bayramov küçəsinin Babək prospekti ilə kəsişməsinə çatmamış geriyə dönmə yerinin təşkil edilməsi təklif edilir. Bu həll variantının reallaşması F.Bayramov küçəsinin şərq hissəsində yaşayan əhalinin Yusif Səfərov küçəsinə rahat çıxışının təmin edilməsinə, yeni salınmış yolun funksionallığının artırılmasına, Babək, Xocalı prospektləri və Afiyəddin Cəlilov küçəsində nəqliyyat yükünün qismən azaldılmasına imkan verəcək. Təklif baxılması üçün Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib”, - deyə o, qeyd edib.
Emin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO














