"BakuBus" sürücüsü sərnişinin həyatını xilas etdi - VİDEO
Sosial şəbəkələrdə növbəti dəfə sərnişin səhhəti ilə bağlı "BakuBus' avtobusunda baş vermiş hadisə haqqında məlumatlar yer alıb. Avtosfer.az Baku.ws-ə istinadən xəbər verir ki, "EcoFin"in sorğusuna cavab olaraq qurumun mətbuat katibi Mansur Piriyev faktı təsdiqləyib və bildirib ki, hadisə martın 26-sı saat 18:40 radələrində Azadlıq Prospekti - 28 may metrostansiyası istiqamətində 8 nömrəli marşrut xəttində hərəkət edən "BakuBus"a məxsus avtobusda baş verib. Qeyd edək ki, hadisə ilə bağlı təqdim olunan videogörüntüdən də aydın olur ki, avtobus Neftçi İdman Sağlamlıq Mərkəzinə yaxınlaşarkən sərnişinlərdən birinin qəflətən səhhəti pisləşib və müvazinətini itirərək yerə yıxılır. Bu zaman sürücü avtobusu təhlükəsiz yerdə saxlayaraq halı pisləşmiş sərnişinə yardım edir. Sərnişinin huşunu itirdiyini görən sürücü onu avtobusun salonundan təhlükəsiz şəkildə kənara çıxarır və daha sonra avtobusda olan tibbi yardım vasitələrindən istifadə etməklə sərnişinə ilk tibbi yardımı göstər. Bundan sonra sürücü sərnişini əraziyə çağrılmış təcili tibbi yardım əməkdaşlarına təhvil verir.
M.Piriyev bildirib ki, hər bir avtobus sürücüsü zərurət yarandıqda sərnişinə yardım etməyi bacarmalıdır. Bu hadisə zamanı da sürücü öz vəzifə borcunu layiqincə yerinə yetirib və insani davranış sərgiləyib. ""BakuBus" sürücülərinin hər biri bu kimi hallarla bağlı təlimatlandırılıb və xususi kurslara cəlb edilib. Keçirilən kurslarda onlara nəzəri biliklərlə yanaşı, ilkin tibbi yardım qaydaları ilə bağlı praktiki məşgələlər də keçirilir. Bununla yanaşı, bütün avtobuslarımızda sürücü kabinəsində "Sürücünün yaddaş kitabçası" var. Həmin kitabçada ilkin tibbi yardımla bağlı ətraflı məlumatlar əks olunub. Eyni zamanda qəza, fövqəladə hal və ya bədbəxt hadisələr zamanı ilk olaraq, hansı qaydalara əməl etmək və baş verən hadisə zamanı zərərçəkənə ilkin tibbi yardımın göstərilməsi qaydaları izah olunub. "BakuBus" şirkəti olaraq, qarşımıza qoyduğumuz əsas hədəf hər zaman keyfiyyətli xidmətimizlə seçilməkdir. Biz çalışırıq ki, sürücülərimizin peşəkarlığını daim artıraq, onlara müsbət kefiyyətlər aşılayaq. Son zamanlarda baş vermiş bu kimi hadisələr zamanı sürücülərimizin peşəkarlığı və öz işlərinə məsuliyyətlə yanaşmaları görülən işlərin müsbət nəticəsi kimi qarşımıza çıxır", - deyə mətbuat katibi qeyd edib.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












