"Bakubus"da şok görüntü - Sərnişin belə cəzalandırıldı - VİDEO

"BakuBus" avtobusunda daha bir sərnişin qayda pozuntusuna yol verib və digər sərnişinlərə narahatlıq yaradıb. "Bakubus" MMC-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyulun 20-si saat 22:36 radələrində "BakuBus"a məxsus 21 nömrəli marşrut xətti üzrə Səməd Vurğun bağı dayanacağından hərəkət edən avtobusa sərnişin velosipedlə daxil olub və velosipedi fiziki məhdudiyyətli sərnişinlər üçün ayrılmış xüsusi yerdə saxlayıb. Sərnişinə xətt dispetçeri və sürücü tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, xəbərdarlıqlara məhəl qoymadan israrla velosipedi avtobusda saxlamağa davam edib. Bununla da marşrutda təhlükəsizlik qaydalarını kobud şəkildə pozub. Sərnişinlərlə dolu avtobusun hərəkətininə maneə yaradan sərnişin, avtobusun 23 dəqiqəyə yaxın dayanmasına və qrafik üzrə ləngiməsinə səbəb olub. Ancaq, hadisə ilə bağlı polis orqanlarına məlumat verdikdən və əraziyə polis əməkdaşları gəldikdən sonra həmin sərnişin velosipedi ilə avtobusu tərk edib.
Qeyd edək ki, sərnişinin qaydalara zidd hərəkəti 21 nömrəli xətt avtobusunun qrafikə uyğun fəaliyyətini pozmaqla yanaşı, sərnişinlərin də böyük narazılığına səbəb olub.
Elmin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












