Bayker yoluna girən “Qazel” sürücüsüylə dava etdi: “Yaşından utan, ay şərəfsiz” - VİDEO

Avtosfer TV 25 Sentyabr 2023 19:50 Oxunub 2870
Bayker yoluna girən “Qazel” sürücüsüylə dava etdi: “Yaşından utan, ay şərəfsiz”   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mopedi görməzdən gələn sürücü kobud qayda pozaraq qəza şəraiti yaradıb.
Avtosfer.az-ın məlumatına əsasən, hadisə sentyabrın 22-də günorta saatlarında Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Belə ki, 99-LB-403 dövlət nömrə nişanlı, “Qazel” markalı yük maşını moped sürücüsünün hərəkətinə məhəl qoymayıb. Baykerə yol vermədən dönmə əməliyyatı edən sürücü onu qəzəbləndirib. Nəticədə sürücülər arasında konflikt yaranıb və onlar nalayiq ifadələrə baş vurublar. 
Qeyd edək ki, ortaq məxrəcə gələ bilməyən sürücülər arasında mübahisə bir neçə dəqiqə davam edib.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh