Belə də maşın saxlayarlar? - Yerə-göyə sığmayan sürücü - VİDEO

Bəzən ancaq özünü fikirləşən sürücülər avtomobillərini elə yerdə park edirlər ki, nəinki digərlərinə mane olur, hətta bəzi hallarda təhlükəli və qəza şəraitinin yaranmasına səbəb olurlar. Avtosfer.az-ın əməkdaşı təqdim ediləcək görüntüləri bu gün səhər çəkib. Belə ki, Salatın Əsgərova küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişmə yerinə yaxın yolun solunda 10 - ZN - 700 dövlət nömrə nişanlı Mersedes markalı avtomobil park edib. Adıçəkilən küçədə hərəkət iki zolaqda mövcuddur. Üçüncü zolaqda isə avtomobillər park edir. Lakin bu maşının sahibi sol zolaqda elə formada saxlayıb ki, avtomobillər məcbur olub cəmi bir zolaqdan isifadə etməlidirlər. Nəzərə alsaq ki, Rəşid Behbudovla kəşimədə sağ zolaq sağa dönmək üçün, sol zolaq isə düz hərəkət edənlər üçün nəzərdə tutulub o zaman sol zolaqla hərəkət edən sürücülər məcburən qaydanı pozmalıdırlar. Həmçinin sağ zolaqla hərəkət edənlər ya saxlamalı, digərlətinə yol verməli, yaxud da sürücülər o qədər gözləməlidirlər ki, yol boşalsın. Həmçinin sürücü avtomobili işıqforun altında saxlayıb.
Orxan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO













