Benzin daşıyan maşın piyadanı vurub üstündən keçdi – ANBAAN VİDEO
Avtosfer TV 30 Noyabr 2020 14:45 Oxunub 806

Rusiyanın Novosibirsk şəhərində yanacaq daşıyan maşının piyadanı vuraraq öldürmə görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 30-da səhər saatlarında İppodromsk küçəsində qeydə alınıb. Kadrlarda, yaşlı kişinin diqqətsiz şəkildə yolu qaçaraq keçməyə çalışdığı və bu zaman sürətlə hərəkətdə olan benzin daşıyan maşının onu vurduğu görülür. Zərbənin təsirindən yerə yıxılan piyada maşının təkərlərinin altında qalır. Yerli KİV-in məlumatına görə, 1951-ci ilə təvəllüdlü adı açıqlanmayan şəxs, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılsa da, o, aldığı ağır xəsarətlərdən orada dünyasını dəyişib.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh