Bərbad vəziyyətdə olan qəsəbə yolu - Piyadalar da, maşınlar da palçığın içindədir - VİDEO

Avtosfer TV 2 Fevral 2024 14:00 Oxunub 1650
Bərbad vəziyyətdə olan qəsəbə yolu - Piyadalar da, maşınlar da palçığın içindədir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonu Hökməli qəsəbəsində yollar bərbad vəziyyətdədir. Mövcud problemlə bağlı sakinlər Avtosfer.az-a müraciət ediblər.  Onların sözlərinə görə, qəsəbədən Qobu istiqamətinə gedən yol yeni çəkilsə də istifadəyə yararsızdır. Belə ki, yoldan keçərkən əziyyət çəkdiklərini bildirən sürücülər xüsusilə qarlı, yağışlı hava şəraitində vəziyyətin ikiqat çətinləşdiyini qeyd ediblər. Onlar həmçinin kanalizasiya suyunun məhəllələrdəki evlərdən birbaşa yola axıdıldığını bildiriblər. Nəticədə yol tamamilə palçıq olur və yaranmış vəziyyət həftələrlə davam edir. Bu da həm sürücülərin, həm də piyadaların hərəkətinə əngəl törədir. Həmçinin şikayətçilər piyada səkisinin olmadığını və yolun asfalt örtüyünün yarımçıq çəkildiyini əlavə ediblər. 
Üzərimizə düşən öhdəliyi yerinə yetirərək məsələni işıqlandırdıq. Sakinlərin bu probleminin qısa zamanda aidiyyəti orqan tərəfindən həll olunacağına ümid edirik.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh