Betonqarışdıran taksini vurub bir neçə metr sürüdü; müştəri öldü - FOTO + VİDEO
Avtosfer TV 8 İyun 2020 16:38 Oxunub 1668
Betonqarışdıran taksini vurub bir neçə metr sürüdü;  müştəri öldü - FOTO + VİDEO
Faktla bağlı araşdırmalar aparılır

Rusiyanın Volqoqrad şəhərində betonqarışdıran maşınının və minik avtomobilinin iştirakı ilə baş verən ağır yol qəzasının görüntləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə “Aviator” şosesi ilə “Sesoqorsk” küçəsinin kəsişməsində qeydə alınıb.

Kadrlarda, betonqarışdıran maşının işıqforun qadağanedici siqnalından keçdiyi və bu anda sürətlə hərəkətdə olan “taksi” fəaliyyəti göstərən avtomobilə çırpıldığı görülür.

Zərbənin şiddətindən yük maşını “taksi”ni bir neçə metr sürükləyir.

Qəza nəticəsində minik avtomobilinin ön kreslosunda əyləşən müştəri aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh